EN

Pakistanda istilər nəticəsində azı 10 nəfər ölüb

Pakistanın Sind əyalətinin port şəhəri Karaçidə qeydə alınan yüksək hava temperaturu nəticəsində azı 10 nəfərin öldüyü bildirilib.

Bu barədə The Express Tribune qəzeti məlumat yayıb.

Pakistan Meteorologiya Departamenti (PMD) şəhərdə 2018-ci ildən bəri ən isti günün qeydə alındığını, temperaturun 44 dərəcəni keçdiyini açıqlayıb. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin tövsiyəsinə əsasən, tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib, çünki ölkə üzrə milyonlarla insan üçün normadan xeyli yüksək yay temperaturu təhlükə yaradır.

Hakimiyyət orqanları əhaliyə açıq rəngli, yüngül və boş geyimlərdən istifadə etməyi, baş geyimi taxmağı və günəşdən qoruyucu vasitələrdən yararlanmağı tövsiyə edib.

Qeyd edilib ki, Karaçidə son rekord temperatur 2018-ci ilin may ayında qeydə alınıb və həmin vaxt hava temperaturu 46 dərəcəyə qədər yüksəlib.

 

Chosen
8
5
7news.az

9Sources