AZ

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanın Sind əyalətində yerləşən liman şəhəri Kəraçidə hökm sürən ekstremal isti hava şəraiti azı 10 nəfərin ölümünə səbəb olub. 

Bizim.Media xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
 

Pakistan Meteorologiya Departamentinin daha əvvəl yaydığı məlumata görə, şəhərdə 2018-ci ildən bəri ən yüksək temperatur qeydə alınıb və termometrlər 44 dərəcəni keçib. Bu hesabatları nəzərə alaraq, Milli Fəlakətlərin İdarə Edilməsi Orqanı (NDMA) səhiyyə müəssisələrini yüksək hazırlıq vəziyyətinə gətirib.


Səlahiyyətli orqanlar vətəndaşlara açıq rəngli, yüngül və geniş paltarlar geyinməyi, həmçinin baş örtüklərindən və qoruyucu kremlərdən istifadə etməyi israrla tövsiyə edib.

Qeyd olunub ki, Kəraçidə rekord temperatur 2018-ci ilin may ayında qeydə alınıb. Həmin vaxt termometrlər 46 dərəcəni göstərib. 

Bizim.Media

Seçilən
0
1
bizim.media

9Mənbələr