Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-15 və U-19 yaş qruplarındakı idmançılar bacarıqlarını göstərirlər. 4 gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq.
Qaliblər komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.