AZ

Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib

Bakıda stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış Şüa İdman Kompleksində təşkil olunub. Turnirdə U-19 və U-15 yaş qrupları üzrə idmançılar öz bacarıqlarını nümayiş etdirirlər.

Dörd gün davam edəcək birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı, ölkənin müxtəlif şəhər və rayonlarından 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır.

Qaliblər komanda, şəxsi, qoşa və qarışıq-qoşa kateqoriyalarında müəyyənləşəcək.

Qeyd edək ki, yarışın yekununda fəxri kürsüyə yüksələn idmançılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən xüsusi hədiyyələrlə təltif olunacaqlar.

Seçilən
2
1
90deqiqe.az

10Mənbələr