EN

Qazaxıstanda pambıq tekstil klasteri yaradılır

ain.az bildirir, Azertag portalına istinadən.

Astana, 5 may, AZƏRTAC

Qazaxıstanda pambıq klasterinə birinci mərhələdə təxminən 360 milyon dollar həcmində birbaşa xarici investisiya yatırılması və 4 mindən çox iş yerinin yaradılması planlaşdırılır.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Prezident Kasım-Jomart Tokayevin “Xinjiang Lihua” şirkətinin Direktorlar Şurasının sədri Çjan Tsixay ilə görüşündə məlum olub.

Görüşdə tam istehsal dövrünə malik, vertikal inteqrasiya edilmiş pambıq-tekstil klasterinin yaradılması layihəsinin həyata keçirilməsi müzakirə olunub.

“Xinjiang Lihua” şirkətinin rəhbəri bildirib ki, artıq bir sıra obyektlər, o cümlədən iki pambıq emalı zavodu istismara verilib. Yaxın illərdə toxunmamış materialların, ev tekstilinin və geyim istehsalı üzrə obyektlərin istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi innovativ rəqəmsal texnologiyaların və damcı suvarma üsulunun tətbiqi ilə pambıq əkini sahələrinin 52 min hektara qədər genişləndirilməsinə imkan verəcək.

Kasım-Jomart Tokayev klasterin ölkənin cənub regionunda aqrar-sənaye kompleksinin və yüngül sənayenin inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Prezident, həmçinin pambıqçılığın yüksək resurs tutumunu nəzərə alaraq, suya qənaət edən texnologiyalardan geniş istifadə olunmasının vacibliyini diqqətə çatdırıb, “ağıllı” rəqəmsal həllərin və süni intellektin tətbiqini dəstəkləyib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
azertag.az

1Sources