ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri müəyyən edilmiş marşrutdan kənar hərəkət edən gəmilərlə bağlı xəbərdarlıq edib.
APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda qeyd olunan xəbərdarlıq boğazdan keçmək istəyən bütün gəmilərə şamildir.
Bəyanatda bildirilir ki, Hörmüz boğazından keçid üçün yeganə təhlükəsiz marşrut İran tərəfindən əvvəllər elan olunmuş dəhlizdir. Gəmilərin digər marşrutlara yönəlməsi qeyri-təhlükəsiz hesab olunur və bu halda SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qəti tədbirlər görüləcək.
Haşim Rahimi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.