ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının böhran vəziyyətinə düşməsinə hazır olduğunu bildirib.
Donald Tramp vəziyyəti şərh edərək ABŞ-nin İrana qarşı sanksiyalarını "nəhəng" adlandırıb. O, həmçinin ölkənin iqtisadi vəziyyətinin son dərəcə ağır olduğunu söyləyib.
"Onların valyutasının heç bir dəyəri yoxdur. İnflyasiya yəqin ki, 150 %-dir... onlar öz əsgərlərinə maaş verə bilmirlər. Pulun heç bir dəyəri yoxdur", - o əlavə edib.
Bununla yanaşı, Tramp İranın razılaşma əldə etmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, müharibə olmasaydı, İran Yaxın Şərqi nəzarətə götürə bilərdi, lakin hazırda Tehran sağ qalmağa çalışır.