AZ

“İran bizimlə razılaşmaq istəyir” Tramp

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla yaşanan gərginlikdən danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İranın qalib gəlmə şansının olmadığını bildirib.

“İran bizimlə razılaşmaq istəyir və bu, Tehran üçün doğru addım olacaq”, - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti münaqişədə 159 İran hərbi gəmisini batırıldığını, onlarla təyyarənin vurulduğunu və çoxsaylı hərbi obyektləri hədəfə aldıqlarını bildirib.

“Siz ağ bayraq görməzsiniz, amma iranlılara lazım olan budur. Onların təslim olma simvolu olan ağ bayrağı dalğalandırmaları lazımdır”, - deyə Tramp qeyd edib.

İranın maliyyə sisteminin çökməyə yaxın olduğunu qeyd edən Tramp, onların nüvə silahına sahib olmasına icazə verə bilməyəcəklərini, əks halda təkcə Yaxın Şərqin deyil, bütün dünyanın təhlükə qarşısında qalacağını əlavə edib:

“İranın nüvə silahı olsaydı, biz bu gün burada olmaya bilərdik. İran bu yaxınlarda nüvə silahı əldə etməyə çalışırdı, indi isə sağ qalmağa çalışır".

İsgəndər Həsənov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
50
525.az

10Mənbələr