Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı beynəlxalq məsələlər, Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və ikitərəfli əlaqələrin qrafiki müzakirə olunub.
Qeyd olunub ki, söhbət konstruktiv və işgüzar xarakter daşıyıb.