
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı mövcud qlobal vəziyyət və Rusiya-Amerika münasibətləri müzakirə olunub.
“5 may tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Xarici işlər nazirləri beynəlxalq məsələlərdə və Rusiya-Amerika münasibətlərində mövcud vəziyyətlə bağlı qeydləri müqayisə ediblər və ikitərəfli əlaqələrin cədvəlini müzakirə ediblər”, - nazirlik bildirib.