EN

Üz tüklərindən qurtulmaq çox asandır -Təbii üsullar


Bəziləri üçün böyük bir problem olan üz tüklərindən qurtulmaq əslində o qədər də çətin deyil. Üstəlik, bu təbii üsullardan istifadə edərək dərinizə zərər vermədən istənməyən tüklərdən qurtula bilərsiniz.

Medicina.az xəbər verir ki, üz tükləri, xüsusən də qadınlar üçün ən böyük problemlərdən biridir. Mumlama, saplama, cımbız və ülgüc kimi üsullar dərini sallaya, tükləri qalınlaşdıra və qıcıqlandıra bilər.

NOXUD UNU VƏ ZƏRDƏÇAL

Bu üsul Hindistan mədəniyyətindən gəlir. Bərabər miqdarda noxud unu və zərdəçalı qarışdırın. Su əlavə edin və pasta hazırlayın. Tükləri təmizləmək istədiyiniz yerə çəkin. Quruduqda ilıq su ilə yuyun. YUMURTA MASKASI

Bu üsulun çox təsirli olduğu deyilir. Bir yumurta ağını bir xörək qaşığı şəkər və yarım xörək qaşığı qarğıdalı çiçəyi ilə çalın. Pasta konsistensiyasına çatdıqdan sonra problemli bölgəyə qalın şəkildə çəkin. Quruyanda çıxarın. Tükləri mum kimi təmizləyəcək.

LAVANDA VƏ ÇAY AĞACI YAĞI

Elmi araşdırmalar göstərir ki, bu yağlar kişi tipli tüklərin böyüməsini azaldır. Bir çay qaşığı lavanda yağına 4-6 damcı çay ağacı yağı əlavə edin. Təsirə məruz qalan bölgəyə gündə 2-3 dəfə çəkin.

YULAF MASKASI

Yulaf əzməsi dərini yumşaq bir şəkildə təmizləyir. Kiçik tüklər üçün idealdır. Bir xörək qaşığı bal, yarım çay qaşığı yulaf əzməsi və 6-8 damcı limon suyu ilə pasta hazırlayın. Tətbiq edin və 15-20 dəqiqə saxlayın. Barmaqlarınızla ovuşdurun və yuyun. Nəmləndirici çəkin.

DUZ VƏ LİMON

Limon dərinin dostudur. Duzla birlikdə tükün düşmənidir. Duz və limon tük follikullarını zəiflədir. Həmçinin mum ləkələrini də təmizləyir. Təzə limon suyunu duzla qarışdırın. Sprey şüşəsinə tökün. Tükləri təmizləmək istədiyiniz bölgəyə sprey edin. 15 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Həftədə bir dəfə təkrarlayın.

Aygün
Medicina.az

Chosen
23
1
medicina.az

1Sources