Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 5 may, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) mübarizə aparacaq.
İdmançılara kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.
Millinin heyəti:
Kişilər
66 kiloqram
Rəşad Yelkiyev
Turan Bayramov
73 kiloqram
Rəşid Məmmədəliyev
90 kiloqram
Aslan Kotsoyev
+100 kiloqram
Camal Feyziyev
Uşanqi Kokauri
Qadınlar
48 kiloqram
Könül Əliyeva
Şəfəq Həmidova
52 kiloqram
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
70 kiloqram
Südabə Ağayeva
Qeyd edək ki, turnir mayın 8-10-da keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.