Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Məşhur aşpaz Xose Andres yumurta hazırlayarkən çoxlarının etdiyi və ciddi sağlamlıq riski yaradan bir xəta barədə xəbərdarlıq edib. Onun fikrincə, adi görünən bu yanlış hərəkət ağır xəstəliklərə yol aça bilər.Demokrat.az xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb. Andres bildirib ki, yumurtanı qabın və ya blenderin kənarına vuraraq sındırmaq olmaz.“Biz çox vaxt boşqabın və ya qabın kənarına vurub yumurtanı sındırmağa çalışırıq. Lakin bu zaman qabıqda böyük çat yaranır və qabıq hissələri yumurtanın içinə düşür. Bu isə birbaşa salmonellyoz təhlükəsidir”, – deyə aşpaz xəbərdarlıq edib.Onun sözlərinə görə, yoluxma riskindən qaçmaq üçün yumurtanı masa və ya doğrama taxtası kimi düz səthə vurmaq lazımdır. Müstəvi üzərinə yüngülcə vurmaq qabığın xırda hissələrə bölünməsinin qarşısını alır. Beləliklə, qabıq parçalarının yumurtanın ağına və ya sarısına düşmə ehtimalı aradan qalxır.Yəni, yumurtanı sındırarkən qabın kənarından istifadə etmək qabıqdakı mikrobların yumurtanın içinə düşməsinə səbəb olur, buna görə də onu düz səthdə sındırmaq daha təhlükəsizdir.Aytən
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.