EN

Dr. Gülü intihara cəhd etdi

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə Əliqizmət qızının intihara cəhd etdiyi iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova məlumat yayıb.

Bildirib ki, G. Abdullayeva sirkə turşusu içib.

"Hazırda Klinik Tibbi Mərkəzdədi", - o əlavə edib.

Qeyd edək ki, Gülbadə Abdullayevanın tibbi fəaliyyət üçün tələb olunan rəsmi lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddia olunurdu və bu məsələ ictimai müzakirələrə səbəb olmuşdu.

Yaxınlarının sözlərinə görə, son dövrlər o, müəyyən şəxslərin – xüsusilə özlərini jurnalist kimi təqdim edənlərin – davamlı təzyiqi və pul tələblərindən ciddi narahatlıq keçirirmiş. İddialara əsasən, bu vəziyyət onun psixoloji durumuna mənfi təsir göstərib və nəticədə belə bir addım atmasına səbəb ola bilər.

Mövzu ilə bağlı Bakupost.az TƏBİB-ə sorğu ünvanlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
2
www.bakupost.az

4Sources