EN

Netanyahu Qəzza üzrə Sülh Şurasının rəhbərini qəbulETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki ofisində Qəzza üzrə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenovu qəbul edib.

Redaktor.az xəbər verir ki,  tərəflər regiondakı mövcud vəziyyəti və sülh planının icrasını müzakirə ediblər.

Görüşdən sonra Netanyahu hər hansı bəyanat verməsə də, Nikolay Mladenov "X" sosial şəbəkəsindəki hesabında müzakirələri "müsbət və məzmunlu" kimi qiymətləndirib. Mladenov qeyd edib ki, bütün tərəflər ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət hərtərəfli planının tam icrasına sadiqliklərini bir daha təsdiqləyiblər:

"Öhdəlikləri konkret hərəkətlərə çevirmək üçün bütün tərəflərlə iş aparılır. Tərəqqi əldə etmək üçün qərarlar tələb olunacaq. Biz həm israillilər, həm də fələstinlilər üçün daha yaxşı gələcək naminə irəliləməyə davam edirik" — deyə Mladenov bildirib.

Xədicə BAXIŞLI

Chosen
18
41
redaktor.az

10Sources