EN

Gənc aktrisa faciəvi şəkildə həlak oldu

Moskvada gənc aktrisa Kseniya Dobromilova faciəvi şəkildə vəfat edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Mash" nəşri məlumat yayıb.

Bildiirlib ki, onu Bolşaya Doroqomilovskaya küçəsində motosikletçi vurub.

Mənbənin məlumatına görə, gənc qadın baykerlərin yürüşünü fotokameraya çəkirmiş. Bu zaman onlardan biri motosikleti arxa təkər üstünə qaldırıb, idarəetməni itirərək qadını vurub. Hadisə yerinə təcili yardım çağırılıb, gələn həkimlər çoxsaylı sınıqlar qeydə alaraq onu reanimasiya etməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, motosikletin sürücüsü saxlanılıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Kseniya motosikletçi mühitində tanınmış fotoqraf idi. O, L.A. Filatov adına Teatr Kollecində "Musiqili teatr aktrisası" ixtisası üzrə peşəkar təhsil alıb, "Ay Teatrı"nda və Moskva Müzikl Teatrında çalışıb, "Mayakovski" şəhər müziklində Nora Polonskaya rolunu ifa edib. Aktrisa daha əvvəl HammAli & Navai rep qrupunun "Devoçka-voyna" klipində də çəkilib. Onun 34 yaşı var idi.(publika.az)

Chosen
117
olke.az

1Sources