EN

ABŞ Dövlət katibi: Kuba ilə bağlı məsələyə daha sonra baxacağıq

Bakı, 6 may, AZƏRTAC

ABŞ Kuba ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

Rubio qeyd edib: “Kubanın iqtisadi modeli iflasa uğrayıb və məsul şəxslər bunu düzəldə bilmirlər”.

“Sahilimizdən təxminən 140 kilometr məsafədə bəzi rəqiblərimiz üçün dost əraziyə çevrilmiş uğursuz bir dövlət yerləşir. Bu, qəbuledilməz status-kvodur və biz bunu həll edəcəyik, amma bu gün yox”, - deyə o əlavə edib.

Chosen
12
16
azertag.az

10Sources