
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1050 hərbçisini itirib.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna SilahlıQüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 337 min 170 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 1 tank, 92 artilleriya sistemi və 5 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az