"İqtisadi artımla bağlı fikirlərimi də bölüşmək istərdim. Bildiyiniz kimi, mart ayının nəticələrinə əsasən, ümumi daxili məhsulun artımı mənfi 0,3% təşkil etmişdi (Azərbaycanda iqtisadiyyat 0,3% kiçilib - red). Neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımı mənfi 1,2%, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımı isə müsbət 0,2% olmuşdu".
Marja.az xÉ™bÉ™r verir ki, bunu keçirilÉ™n mÉ™tbuat konfransında MÉ™rkÉ™zi Bankın sÉ™dri Taleh Kazımov bildirirb.Â
Mərkəzi Bankın sədri, "Proqnozlarımız aşağıya doğru revizə olunsa da, ümumi baxışımız nikbin olaraq qalır" deyərək çıxışına belə davam edib.
"2026-cı ildə ümumi daxili məhsulun 1,1%, 2027-ci ildə isə 3,2% artacağı gözlənilir. Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımının isə 2026-cı ildə 3,2%, 2027-ci ildə isə 4,7% olacağı proqnozlaşdırılır".