Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu silahlı hücuma məruz qalıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Türkiyənin Antalya vilayətinin Alanya rayonunda baş verib. Məlumata görə, iş adamı Aydın Çavuşoğlu ona məxsus yanacaqdoldurma məntəqəsinin ofisində silahlı hücuma məruz qalıb.
Silah səslərini eşidən əməkdaşlar dərhal hadisə yerinə gəlib və Çavuşoğlunu yaralı vəziyyətdə tapıblar. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. pizza mizza
Hazırda iş adamının vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisənin səbəbləri və hücumu törədən şəxs və ya şəxslərin kimliyi araşdırılır.
Qeyd edək ki, Aydın Çavuşoğlu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun və deputat Hasan Çavuşoğlunun qardaşıdır.
Telegram kanalımız