EN

ABŞ gəmilərinə hücum cəhdi: Hörmüz boğazında qarşıdurma

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ hərbçiləri Hörmüz boğazı ərazisində iki ticarət gəmisinə qarşı həyata keçirilən hücumun qarşısını aldıqlarını bildiriblər.

BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, İran tərəfi gəmilərə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirməyə cəhd edib. Lakin gəmilərdə yerləşən ABŞ hərbçiləri hücumları dəf edərək cavab zərbəsi endiriblər. Nəticədə bir neçə İran katerinin batırıldığı iddia olunur.

ABŞ Müdafiə Nazirliyindəki mənbələr bu addımı təhlükəsizlik tədbiri kimi qiymətləndirib. Qeyd olunur ki, bu, ABŞ hərbçilərinin birbaşa mülki gəmilərin göyərtəsində yerləşdirildiyi ilk hadisədir.

Hadisə ilə bağlı NBC News telekanalı məlumat yayıb.

Qeyd edək ki, regionda gərginlik son aylarda artıb və tərəflər arasında qarşılıqlı ittihamlar davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
baku.ws

2Sources