EN

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik" » AzadMedia.az


Azərbaycan Mərkəzi Bankı (AMB) yerli bankların xidmət tariflərinə müdaxilə etmir.

Bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransı zamanı bildirib.

"Kimsə hansısa bankın tariflərindən narazıdırsa, digər bankı seçə bilər. Mənə də bəzən deyirlər ki, filan bankda tariflər yüksəkdir. Birinci sual odur ki, başqa bankda bu xidmətlər yoxdurmu? Niyə ora gedirsiniz? Qoy banklar hiss etsinlər ki, əhali seçir. Bizdə mentalitet belədir ki, bank seçir. Tarifləri bazar tənzimləməlidir. Siz tələb etməlisiniz ki, qiymətimiz aşağı olmasa, mən başqa banka gedəcəyəm. Amma maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi nöqteyi-nəzərindən biz banklara nəzarət etməyə başlamışıq. 2025-ci ildən çox aktiv, bu ilin ikinci yarısından isə rutin gündəlik nəzarətə keçmişik. Görəndə ki, banklar müştəridən haqsız olaraq xidmət haqqı tələb edir, amma o xidmət haqqı haqqında məlumatı saytda beşinci səhifədə hardasa gizlədib deyir ki, "mən onu məlumatlandırmışam", bunlar hamısı aradan qaldırılır. Sadəcə bizə bir az vaxt lazımdır", - deyə o qeyd edib.
Chosen
14
3
azadmedia.az

4Sources