EN

Şahdağda qar yağır

Mayın 6-sı saat 15:00-a olan məlumata əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Chosen
24
27
publika.az

10Sources