"Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb".
Â
Pravda.az "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Â
"Biz əməkhaqqının beş misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.
Â
AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22.4 milyon ədəd ödəniş kartının 20.3 milyonu debet, 2.1 milyonu kredit kartı olub. Son bir ildə debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb. Kartların ümumi sayında 10% artım qeydə alınıb.