AZ

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.

AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
9
cebheinfo.az

10Mənbələr