EN

Bakıda yayılan xəstəlik nədir? İnfeksionistdən vacib AÇIQLAMA

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər əhali arasında naməlum virus infeksiyasının yayıldığı müşahidə olunur. Günlərlə davam edən yüksək hərarət, ishal, qusma və qarın ağrısı kimi əlamətlər insanları narahat edir. Paytaxt sakinləri bildirirlər ki, yalnız xəstəxana şəraitində venadaxili inyeksiyadan sonra vəziyyətləri düzəlir. Xalq arasında buna çox vaxt “sistem qoşmaq” da deyilir.Bəziləri xəstəliyi “donuz qripi”, ya da rotavirusla əlaqələndirir. Narahatlıq doğuran əsas məqam isə virusun həm böyüklər, həm də uşaqlar arasında sürətlə yayılmasıdır. Bakıda yayılan bu xəstəlik nədir?Mövzu ilə bağlı Musavat.com-a danışan infeksionist Gülnarə Əhmədova bildirib ki, “donuz qripi” ilə bağlı konkret diaqnoz qoyulmayıb. Ona görə də bu cür iddialar doğru deyil:“Ya da başqa virusun olduğu da təsdiqlənməyib. Ola bilər rotavirusdur, amma hələ dəqiq müəyyən olunmayıb. Bu xəstəlik insandan insana keçir, böyükdən kiçiyə, kiçikdən böyüyə fərqi yoxdur. “Sistemsiz sağalma” ifadəsi də tam doğru deyil, sadəcə xəstələr özlərini vaxtında qorumadıqları üçün vəziyyət ağırlaşa bilir. Erkən müdaxilə olarsa, bu həddə çatmaz”.

Həkim bildirib ki, hazırda bu əlamətlərlə müraciətlər kifayət qədər çoxdur:"İlk simptomlar yaranan kimi bol maye qəbul etmək və vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bəzən bu hallar soyuqdəymə və ya digər xəstəliklərlə qarışdırılır. Daha düzgün olar ki, ilkin olaraq infeksionistə müraciət edilsin. Qızdırma yoxdursa, terapevt də baxa bilər. Əsas məsələ gigiyenaya və məsafəyə riayət etməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
4
icma.az

4Sources