EN

“Avropada Rusiyadan heyvan qorxusu olmalıdır” Medvedevdən daha bir “şedevr”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın maraqları yalnız güc nümayişi və qitədə mümkün "böyük qırğın"dan "Avropada heyvan qorxusu" yaratmaqla təmin edilə bilər. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Russia Today" üçün yazdığı məqalədə deyib.

O hesab edir ki, Avropa ölkələri Moskvaya qarşı "güc vasitəsilə sülh" konsepsiyasını tətbiq etməyə çalışırlar. "Biz buna yalnız belə cavab verə bilərik: "Rusiyanın təhlükəsizliyi Avropanın heyvan qorxusu vasitəsilə təmin oluna bilər". Böyük qırğının qarşısını almaq üçün nə inandırma, nə xoş niyyət nümayişi, nə də xoşməramlılıq və ya birtərəfli etimad gücləndirmə tədbirləri bizim alətlərimiz olmamalıdır".

O, Almaniya və digər Avropa ölkələrinin guya Rusiyaya qarşı İkinci Dünya Müharibəsi zamanı Üçüncü Reyxin SSRİ-yə hücumunu təkrarlamağa hazırlaşdığını da əlavə edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
azpolitika.info

1Sources