EN

ABŞ ın Yaxın Şərqdəki mövcudluğu İranla münaqişə üzündən azala bilər

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ bəlkə də Yaxın Şərqdəki bazalarda əvvəlki böyük hərbi mövqeyini bərpa etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti adlarını açıqlamayan ABŞ rəsmilərinə istinadla yazır.

Qəzetə danışan mənbələrin sözlərinə görə, yekun qərar hələ qəbul olunmayıb.

Bir rəsminin bildirdiyinə görə, ABŞ-ın Bəhreyndəki, Beşinci Hərbi Dəniz Donanmasının yerləşdiyi bazasına İran tərəfindən ciddi ziyan dəyib. Nəticədə donanmanın komandanlığı ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) qərargahının yerləşdiyi Florida ştatındakı Makdill Hərbi Hava Bazasında yerləşdirilib. Rəsmi, hərbi qulluqçuların, podratçıların və ya mülki işçilərin “yaxın zamanda” bazaya qayıtmasının ehtimalının az olduğunu düşünür.

Digər mənbə isə qeyd edib ki, Bəhreyn və Küveytdəki iki ABŞ bazası Yaxın Şərqdəki digər bazalara nisbətən daha çox zərər görüb, çünki bu bazalardan İran əleyhinə əməliyyatlar həyata keçirilib və onlar qarşılıqlı hücumların hədəfi olub.

28 fevral tarixində ABŞ və İsrail İranla müharibəyə başlayıb. İranın böyük şəhərləri, o cümlədən Tehran, hücumlara məruz qalıb. İran İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı qarşı əməliyyatlar elan edərək İsrailə hücum edib. ABŞ-a aid hərbi obyektlər Bəhreyn, İordaniya, İraq, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında da zərbə alıb.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
bizimyol.info

1Sources