EN

Ukraynadan Rusiyaya görünməmiş zərbə: HHM tam işə düşdü, yüzlərlə insan…

Rusiya hava hücumundan müdafiə qüvvələri son bir gecə ərzində Ukraynaya məxsus 347 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dronlar əsasən ölkənin mərkəzi, cənub və sərhəd bölgələrini, eləcə də dəniz akvatoriyalarını hədəf alıb. Məlumata görə, bu, ilin əvvəlindən bəri ən genişmiqyaslı dron hücumlarından biri hesab olunur.

Nazirliyin açıqlamasında qeyd olunub ki, pilotsuz aparatların böyük hissəsi Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa və Kursk vilayətləri üzərində vurulub.

Bundan başqa, dronların Moskva vilayəti ətrafında, Kuban bölgəsində, həmçinin Azov dənizi, Xəzər dənizi və Qara dəniz akvatoriyalarında da məhv edildiyi bildirilib.

Chosen
44
12
publika.az

10Sources