EN

“E-Hüquqşünas” hüquq məlumat portalının təqdimatı olub - FOTO

Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə E-huquqshunas.az hüquq məlumat portalının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, saytın fəaliyyət istiqamətini hüququn aliliyinin təşviqi, hüquqi savadlılığın artırılması, demokratik dəyərlərin inkişafına dəstək verilməsi və hüquqi maarifləndirmə vasitəsilə cəmiyyətin inkişafına töhfə verilməsi təşkil edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında yeni platformanın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, “E-Hüquqşünas” layihəsi hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacaq.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə İnstitutun hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyəti, eləcə də yaratdığı zəngin hüquqi resursları yüksək qiymətləndirərək vurğulayıb ki, təqdim olunan yeni portal bu təşəbbüslərin məntiqi davamıdır.

Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur. Təqdimat zamanı iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim olunub.

Təqdimat çərçivəsində qonaqlar portalın fəaliyyəti ilə bağlı fikir və təkliflərini bölüşərək onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

“E-Hüquqşünas” “E-Hüquqşünas” “E-Hüquqşünas” “E-Hüquqşünas” “E-Hüquqşünas” “E-Hüquqşünas” “E-Hüquqşünas” “E-Hüquqşünas”
Chosen
4
7
apa.az

10Sources