EN

Moskvada internet kəsilir: Mayın 9-da ciddi məhdudiyyətlər tətbiq olunacaq

Moskvada 9 may tarixində mobil internetə çıxış, o cümlədən saytların "ağ siyahısı" və SMS xidmətlərinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi məlumat yayıb.

Nazirlik həmçinin xəbərdarlıq edib ki, birbaşa təhlükə yarandığı təqdirdə cümə axşamı və cümə günləri əlavə "operativ məhdudiyyətlərin" tətbiqi də istisna edilmir.

Hazırda paytaxtda rabitə infrastrukturunun fəaliyyəti xüsusi nəzarətə götürülüb.

Musavat.com

Chosen
64
musavat.com

1Sources