EN

Mehriban Rəhimli “QHT işi” ilə bağlı danışdı “Partnyorlarımızı darda qoya bilməzdim”

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mənim imkanım olub ki, ölkədən gedim, amma bunu etməmişəm. Çünki mənim məhkəmə qarşısında cavablandıra bilməyəcəyim sual yoxdur, gördüyüm işlər ölkənin inkişafına yalnız tövhə verib”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli deyib.

Mehriban Rəhimli saytımıza verdiyi açıqlamasında həmçinin deyib:

“Öz partnyorlarımızı darda qoyub rahat yaşaya bilməzdim, onların yanında olmağı özümə mənəvi borc bilirəm və nə qədər çətin olsa da, bundan zövq alıram. Bu günlər də bitəcək”.

Xatırladaq ki, Mehriban Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb.

Ümumilikdə istintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
icma.az

2Sources