EN

Prezident mükafatının məbləği və müddəti Onlar nə qədər alacaqlar?

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə başçısının bu gün imzaladığı sərəncamla səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.Modern.az-ın məlumatına görə, adları Prezident mükafatçıları siyahısına düşən sənətçilər 150 nəfərdir.Əsasnaməyə görə, Prezident mükafatları yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil sənət nümunələri yaradan, Azərbaycan mədəniyyətinin inkişafında, səhnə sənəti sahəsində xüsusi xidmətləri olan, habelə yeni yaradıcı nəslin yetişdirilməsində fəal iştirak edən artistlərə, rejissorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara, dirijorlara, xormeysterlərə, sənətşünaslara, bədii kollektivlərin rəhbərlərinə və digər incəsənət xadimlərinə səhnə fəaliyyəti ilə bağlı verilir.Mükafat yalnız Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə verilir.

Mükafatın məbləği ayda 500 manatdır. Mükafatın verilmə müddəti 1 ildir.

Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafata təqdim oluna bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı göstərilir.Mükafat alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, mükafat alan şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda və ya vəfat etdikdə mükafatın verilməsi dayandırılır.Qeyd edək ki, ölkə başçısının bu gün mükafatlandırdığı 150 nəfər arasında xeyli tanınmış incəsənət xadimi var. Onlara misal olaraq aşağıdakıları göstərmək olar:Xalq artisti, dirijor Yalçın Adıgözəlov;

Əməkdar artist, aktyor Çingiz Əhmədov;

Xalq artisti, aktrisa Məleykə Əsədova;

Əməkdar artist, xanəndə Təyyar Bayramov;

Əməkdar artist, aktyor-aparıcı Əkbər Əlizadə;

Əməkdar artist, aktyor Əzizağa Əzizov;

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva;

Əməkdar artist, aktyor Anar HeybətovTam siyahı buradaA.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
3
modern.az

4Sources