“Real”ın futbolçuları Federiko Valverde və Orelyen Çuameni arasında qalmaqal yaşanıb.
İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, madridlilərin düşərgəsində iki futbolçu arasında dava düşüb və insidenti komanda yoldaşları ayırıb. Bildirilir ki, Valverde qarşıdurmadan sonra xəstəxanaya aparılıb.
Mənbə qeyd edir ki, paltardəyişmə otağında baş verən hadisə klub daxilində ciddi narahatlıq yaradıb. Bundan əvvəl isə Antonio Rüdigerlə Alvaro Karreras arasında da münaqişə yaşandığı haqda xəbərlər yayılmışdı.
Həmçinin iddialara görə, “Real”ın bəzi futbolçuları baş məşqçi Alvaro Arbeloa ilə münasibətləri minimuma endirib.