Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Тrendyol”un Azərbaycandakı müştəriləri artıq “Тrendyol Plus” loyallıq proqramından istifadə edə bilirlər.“Тrendyol Plus” sayəsində istifadəçilər xüsusi kampaniyalar, əlavə imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək rahat alış-veriş təcrübəsi qazanırlar. Abunəlik Azərbaycanda ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir. “Тrendyol Plus” istifadəçiləri hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim olunan eksklüziv endirimlərdən yararlana bilirlər. “Тrendyol Plus”a qoşulma prosesi olduqca sadədir. Xidmət Тrendyol mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər sadəcə “Тrendyol Plus” bölməsinə daxil olaraq bir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər. Тrendyol platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və bütün kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.