EN

Hava kəskin dəyişəcək, güclü yağış KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayın 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
40
konkret.az

10Sources