EN

Franklin Hoyer: Azərbaycan ITF ə uğurlu sədrliyi ilə fəxr etməlidir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Leypsiq, 7 may, AZƏRTAC

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrliyi barədə danışarkən bu ölkənin nümayəndə heyəti ilə birbaşa əməkdaşlıq edən şəxs kimi deyə bilərəm ki, onlar olduqca səmərəli işləyirlər, qurulan şəxsi münasibətlər çox xoş təsir bağışlayır. Fərdi yanaşma baxımından qeyd edə bilərəm ki, bu, həqiqətən çox uğurlu bir sədrlik dövrü idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın sədrliyi ilə ITF-in Leypsiqdə keçirilən İllik Sammitində iştirak edən Braziliyanın Parisdə yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin müşaviri Franklin Hoyer jurnalistlərə açıqlamasında deyib.

Ölkəmizin ITF-ə sədrliyi dövründə müsbət nəticələrin əldə olunduğunu qeyd edən F.Hoyer bildirib: “Nəticələr və peşəkarlıq meyarlarına gəldikdə, plenar iclasda da vurğuladıq ki, bu, müxtəlif mövzular, tövsiyələr və üzvlüyün genişləndirilməsi üzrə razılıqların əldə edilməsinə nail olan yüksək səriştəli və səmərəli sədrlik idi. Bu məsələlər Braziliya üçün olduqca əhəmiyyətlidir. Azərbaycanla çox sıx fəaliyyət göstərdik və bu, bizim üçün olduqca müsbət təcrübə oldu. Hesab edirəm ki, Azərbaycan böyük bir işin öhdəsindən gəlib və zənnimcə, ölkəniz bununla fəxr etməlidir. Biz Braziliya nümayəndə heyəti adından Azərbaycanla sıx əməkdaşlıq etməkdən məmnunluğumuzu bildirir və qazanılan uğurlar münasibətilə sizi təbrik edirik”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Leypsiq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
2
azertag.az

3Sources