Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya valyuta bazarına 30 milyard dollarlıq müdaxilə edib.
Banco.az xəbər verir ki, “Bloomberg”in mərkəzi bank hesabları üzrə apardığı təhlilə əsasən, Yaponiya rəsmiləri əvvəlki müdaxilə mərhələsindən cəmi bir neçə gün sonra yenə də valyuta bazarına təxminən 30 milyard dollar həcmində müdaxilə edərək yenə də yeni dəstəkləməkdə qətiyyətli olduqlarını nümayiş etdiriblər.
Yaponiya Mərkəzi Bankının cümə axşamı açıqladığı hesablar ilə pul bazarı vasitəçilərinin proqnozlarının müqayisəsinə görə, bazara müdaxilənin həcmi ehtimal ki, 4,68 trilyon yen ətrafında olub.
Rəqəmlərdən ötən həftənin sonundan bəri birdən çox müdaxilənin olub-olmadığı və ya belə bir addımın konkret hansı gün atıldığı tam aydın olmasa da, çərşənbə günü yenin kəskin bahalaşması rəsmilərin bazarda olduğu ilə bağlı ehtimalları gücləndirib.
Cümə axşamı yayımlanan hesabat Yaponiya Maliyyə Nazirliyinin milli valyutanın dollar qarşısında 160 səviyyəsindəki mühüm həddən aşağı düşməsinin qarşısını almaqda qətiyyətli olduğunu göstərir. Bu səviyyə rəsmilərin 2024-cü ildə bazara bir neçə dəfə müdaxilə etdiyi həddə yaxındır.
Bizi sosial şəbəkələrdən izləyin!!