EN

“Yeni simaların siyahıya əlavə olunması ümidvericidir” — Anar Heybətov

“Yeni

Raxshanda

Müəllif

Raxshanda

Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında Əməkdar artist Anar Heybətov da yer alıb.Sənətçi mükafatla bağlı təəssüratlarını Ulusum.az-la bölüşərək bu diqqəti yüksək qiymətləndirdiyini dedi:“Təəssüratlarım çox yaxşıdır. Öncəliklə mükafat alan hər kəsi təbrik edirəm və başda cənab prezident olmaqla, Mədəniyyət Nazirliyinə bu mükafata layiq görüldüyüm üçün minnətdarlığımı bildirirəm”.Anar Heybətov əlavə etdi ki, siyahıda yeni adların yer alması onu xüsusilə sevindirib:“Siyahıya baxdım, yeni adlar gördüm və bu məni sevindirdi. Sizin vasitənizlə hər kəsi təbrik edirəm.”Əməkdar artist Prezident mükafatının sənət adamları üçün həm böyük dəyər, həm də məsuliyyət olduğunu vurğuladı və bütün həmkarlarına yeni yaradıcılıq uğurları arzuladı.

Diqqət Çəkənlər

Universitetlərə qəbul üzrə sınaq imtahanı KEÇİRİLƏCƏK

DİN ötən gün aşkar olunan silah-sursatların sayını AÇIQLADI

Gəncədə yeniyetmə bıçaqlanıb

Chosen
23
ulusum.az

1Sources