BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raket və dronların ələ keçirildiyini bildirdi.
Ucnoqta.az xəbər verir ki, müdafiə nazirliyi X-də açıqlama yayıb.
Qeyd olunur ki, hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan raket və dronların hücumlarını dəf edib.
Nazirlik həmçinin ölkənin müxtəlif yerlərində sakinlərin eşitdiyi partlayışların adi hava hücumundan müdafiə sistemlərinin nəticəsi olduğunu təsdiqləyib.