ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
İran XİN Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində Amerika hərbi bazalarının yerləşdirilməsinin davam etdirilməsinin ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, müvafiq bəyanatı xarici siyasət idarəsi öz "Telegram" kanalında dərc edib.
"Biz Əbu-Dabi rəsmilərinin dağıdıcı fəaliyyətlərini, onların düşmən tərəflərlə əlbir olmasını və hərbi bazaları yerləşdirməkdə davam etmələrini pisləyirik. Bu vəziyyətin regionun təhlükəsizliyi və sabitliyi üçün yaradacağı ciddi nəticələr barədə xəbərdarlıq edirik", — deyə mətndə bildirilir.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.