EN

"Bank BTB"nin 295 milyon manatlıq aktivləri ABB-yə ötürülüb

"Bank BTB" ASC-nin təxminən 295 milyon manatlıq aktivləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.

"Far.Az" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Bir müddət əvvəl "Bank BTB"dən əmanətlərin transferi ilə bağlı ABB-yə müraciət edilmişdi, eyni zamanda Azərbaycan Mərkəzi Bankının müraciəti olmuşdu. Bu təşəbbüs ABB-nin strateji inkişaf planına, aktivləri artırmaq hədəflərinə uyğun idi. 295 milyon manatlıq aktivin əsas hissəsi 250 milyon manatlıq kredit portfelidir. Bunun da 70 %-i və yaxud 180 milyon manatı ipoteka kreditləridir. Nəzərə alsaq ki, ipoteka kreditlərində bizim kifayət qədər təcrübəmiz var, bizim üçün maraqlı bir portfel oldu, qiymətləndirdik və razılaşdıq. Portfelin böyük hissəsi ötürülüb, daha çox dövlət fondları ilə bağlı proseslərdən dolayı kiçik hissənin ötürülməsində bir qədər gecikmələr var. Biz bu prosesi mayın sonuna, uzağı iyunda tamamilə bitirmək istəyirik", - deyə o qeyd edib.

Chosen
84
far.az

1Sources