EN

WUF13 ə hazırlıq müzakirəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan hökuməti ilə BMT-nin İnsan Məskunlaşmaları Proqramı (UN-HABITAT) arasında 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq məsələləri müzakirə olunub.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz rəsmi “X” səhifəsində yazıb ki, Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində BMT İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüş keçirdik: “Görüşdə Azərbaycan ilə UN-Habitat arasında inkişaf edən tərəfdaşlıq və xüsusilə COP29 çərçivəsində birgə təşkil olunan Nazirlər görüşü fonunda şəhər inkişafı və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik”.

Görüşdə, eyni zamanda, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində hazırlıq işləri və bu tədbirin qlobal şəhər gündəliyinə verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
xalqqazeti.az

3Sources