EN

Aİ xarici işlər nazirləri may sonunda Rusiyaya qarşı tələblər siyahısını müzakirə edəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri may ayının sonunda Ukrayna ilə bağlı Brüsselin Moskva üçün tələblər siyahısını müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Moldoviyada keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiyaya ilə dialoqa başlamazdan əvvəl nə barədə danışmaq istədiyimizi müəyyən etməliyik. Buna görə də Aİ-nin xarici işlər nazirlərinə Rusiyadan nəyi tələb etmək istədiyimizlə bağlı siyahını razılaşdırmağı təklif etdim,” – deyə Kallas Ukraynanın münaqişəsinin dayandırılması ilə bağlı Rusiya ilə birbaşa danışıqlar imkanı barədə sualı cavablandırarkən bildirib.

“Buna görə də bunu xarici işlər nazirləri ilə mayın sonunda müzakirə edəcəyik,” – deyə o əlavə edib. Əvvəllər Kallas bildirmişdi ki, Brüssel tərəfindən Kiyevə 90 milyard avro həcmində hərbi maliyyə dəstəyi Ukraynaya Rusiyadan güzəştlər əldə etmək üçün əlverişli şərait yaratmalıdır.

7 may tarixli "Financial Times" qəzeti Avropa Şurasının rəhbəri Antoniu Kosta ilə müsahibəni sitat gətirərək yazıb ki, o, “27 Aİ ölkəsinin liderləri ilə ən yaxşı iş metodunu müəyyənləşdirmək və Rusiyaya hansı mövzuları müzakirə etmək lazım olduğunu göstərmək üçün danışıqlar aparır”. Onun fikrincə, Aİ-nin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün “potensialı” var. Qəzet qeyd edir ki, Avropa liderlərinin mövqeyindəki bu dəyişikliklər ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı hərəkətlərindən artan narazılıqla bağlıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources