EN

“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir? - VİDEO

Azərbaycanda satışda olan bəzi “rozetka”larla bağlı maraqlı və müzakirələrə səbəb olan iddia yayılıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda istifadəçi aldığı “rozetka”nın üzərində insan tüklərinə bənzər hissəciklər aşkarladığını bildirib.

O, bunu dəqiqləşdirmək üçün məhsulun bir hissəsini yandırdığını və nəticədə materialın həqiqətən tük olduğunu iddia edib.

İddialara görə, tüklər məhsulun üzərinə dekorativ görüntü vermək məqsədilə yerləşdirilib, daha sonra isə üzəri rəngsiz lak və ya boya ilə örtülüb.

Musavat.com-un əməkdaşı da satışda olan bəzi “rozetka”ları araşdırıb. Baxış zamanı bir sıra məhsulların üzərində tükə bənzər materialların olduğu müşahidə edilib. Həmin materialların dekorativ məqsədlə səthə yayıldığı diqqət çəkib.

Məsələ sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İstifadəçilərin bir qismi bunu gigiyenik baxımdan qəbuledilməz hesab edib.

Şahanə Rəhimli,
Musavat.com

Chosen
22
musavat.com

1Sources