EN

OPEC ölkələrində neft hasilatı 36 illik minimuma enib

Körfəz bölgəsindəki qarşıdurmalar səbəbilə hasilat gündəlik 20,55 milyon barelə gerilədi, Küveytdə isə ixrac tamamilə dayandı.

"Cebheinfo.az" xəbər verir ki, “Bloomberg”in sorğusuna əsasən, 2026-cı ilin aprel ayında OPEC-in gündəlik xam neft hasilatı 20,55 milyon barelə düşərək 1990-cı ildən bəri ən aşağı səviyyəni qeydə alıb.

Təşkilatın hasilatındakı bu kəskin azalmanın əsas səbəbi kimi Yaxın Şərqdəki münaqişələr fonunda yaranan təchizat problemləri göstərilir.“Bloomberg HT” kanalının yayımladığı OPEC-in aylıq neft bazarı hesabatına görə, ötən ay hasilatda ən böyük azalma İraq və Səudiyyə Ərəbistanında müşahidə olunub.

İraqda gündəlik hasilat 2 milyon 563 min barel azalaraq 1 milyon 625 min barelə, Səudiyyə Ərəbistanında isə 2 milyon 314 min barel azalaraq 7 milyon 799 min barelə enib.

Körfəz ölkələri arasında ən diqqətçəkən azalma Küveytdə qeydə alınıb. Ölkənin neft hasilatı gündəlik 470 min barel azalaraq 800 min barelə düşüb. Bu göstərici Yaxın Şərqdəki qarşıdurmalardan əvvəlki hasilatın üçdə birindən də azdır.

Diqqətçəkən məqamlardan biri isə Küveytin neft ixracının yalnız aprel ayında 22 min barel azalması və ölkənin 1991-ci il Körfəz müharibəsindən sonra ilk dəfə “sıfır” barel xam neft ixrac etməsi olub.

“Bloomberg”in sorğusu Birləşmiş Ərəb Əmirliklərinin mayın 1-də OPEC və OPEC+ təşkilatlarından ayrılmaq qərarı verməsindən əvvəl aparılıb.

BƏƏ-nin ayrılmasından sonra OPEC+ üzvü olan yeddi ölkə iyun ayında gündəlik hasilat limitini 188 min barel artırmaq barədə razılığa gəlib.

Bu çərçivədə Rusiya may ayı ilə müqayisədə iyunda gündəlik neft hasilatını 9,8 milyon barelə çatdıra biləcək.

Chosen
8
1
cebheinfo.az

2Sources