EN

Pekin Londona etirazını BILDIRDI: “Siyasi manipulyasiyaları dayandırın”

Çin Böyük Britaniyaya iki vətəndaşının həbsi və məhkum edilməsi ilə bağlı etirazını bildirib/

İnterpress.az xəbər verir ki, bu barədə Çin medias; məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan Böyük Britaniyanı Çin vətəndaşlarını “yalan” ittihamlarla həbs etməkdə və təqib etməkdə, həmçinin Honkonqda “Çin əleyhinə iğtişaşlar üçün platforma” yaratmaqda ittiham edib.

Onun sözlərinə görə, Pekin rəsmi Londona etirazını çatdırıb və ciddi danışıqlar aparmağı təklif edib.

Diplomat Britaniya tərəfini “öz yanlış təcrübəsini düzəltməyə, Çin əleyhinə siyasi manipulyasiyaları dayandırmağa və Honkonqdakı asayişi pozan Çin əleyhinə qüvvələrə dəstəyi kəsməyə” çağırıb.

Rəsmi London hələlik Çinin bu bəyanatı və etirazı ilə bağlı cavab verməyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
30
interpress.az

1Sources