EN

Azərbaycanda çoxuşaqlı ailələrə yeni imtiyazlar verilə bilər AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə Ordu şəhərində doğum faizini artırmaq məqsədilə bir çox mükafatlar təyin edilib. Yeni qaydalara əsasən, ailədə doğulan üçüncü uşağa görə 50 min, dördüncü uşağa 100 min, beşinciyə 150 min, altıncı uşağa isə 200 min lirə birdəfəlik yardım veriləcək.  Bələdiyyə 8 uşağı olan ailəyə maşın bağışlayacaq.Azərbaycanda həm nikah, həm də doğum sayı kəskin azalıb. Bununla bağlı hansı stimullaşdırıcı tədbirlər alına bilər? Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Bu məsələ əslində çox vacib və gündəmdə olmalı olan məsələlərdən birincisidir:"Çünki Azərbaycanda doğum faizində ciddi azalma var. Nikahların bağlanma faizi də əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bağlanan nikahların pozulma faizi artıq 50 faizdən yuxarıdır və bu istiqamətdə mütləq şəkildə həyəcan təbili çalınmalıdır. Çünki bu məsələ gələcəkdə genofondumuzun problemlərlə üzləşməsinə səbəb ola bilər. Ona görə də bu mövzu mütəmadi olaraq gündəmdə saxlanılmalıdır.Doğum faizinin artırılması ilə bağlı müxtəlif ölkələrdə müəyyən stimullaşdırıcı mexanizmlərdən istifadə olunub. Türkiyə və Rusiyada da bu istiqamətdə müxtəlif addımlar atılıb. Hesab edirəm ki, bizdə də müəyyən stimullaşdırıcı tədbirlərin gündəmə gətirilməsi ilə bu proses tənzimlənməlidir. Statistik məlumatlar doğum faizinin azaldığını göstərir. Bu il və növbəti illərdə birinci sinfə gedəcək uşaqların sayında müşahidə olunan ciddi azalma da artıq həyəcan təbili çalmağın vaxtının çatdığını göstərir".Deputat deyib ki, bununla bağlı müxtəlif təkliflər səsləndirilir:"Hazırda qanunvericiliyə əsasən beşuşaqlı ailələr çoxuşaqlı ailə hesab olunur. Lakin üçuşaqlı ailələrin də çoxuşaqlı ailə kimi əlavə imtiyazlardan yararlanması ilə bağlı təkliflər gündəmdədir. Bu təkliflər həm parlamentdə, həm media məkanında, həm də ictimai müzakirələrdə müəyyən müddət əsas mövzulardan biri olub. Eyni zamanda yeni doğulan uşaqlara əlavə kompensasiyaların verilməsi də müzakirə olunur. Bu təcrübə Rusiyada və postsovet məkanındakı bir sıra digər ölkələrdə də tətbiq edilir. Belə ölkələrdə hər növbəti uşağın doğulmasına görə verilən müavinət və kompensasiyalar artırılır.Çoxuşaqlı ailələr üçün mənzil almaq sahəsində güzəştli imkanlar yaradılır və digər sosial imtiyazlar tətbiq olunur. Dövlət səviyyəsində çoxuşaqlı ailələrin və ailələrdə daha çox uşağın dünyaya gəlməsinin stimullaşdırılması istiqamətində addımlar atılır. Biz də müxtəlif ölkələrin təcrübəsindən yararlanaraq bu istiqamətdə müəyyən tədbirlər görə bilərik. Bu gün artıq sirr deyil ki, Azərbaycan ailələrində əsasən bir, ən yaxşı halda isə iki uşaq dünyaya gəlir. Mütəxəssislərin yanaşmasına görə ailədə bir uşağın olması ümumi əhali sayının azalmasına, iki uşağın olması isə müəyyən balansın qorunmasına səbəb olur. Əhalinin artımından danışmaq üçün isə ailələrdə ən azı üç uşağın olması vacibdir. Təəssüflər olsun ki, hazırda Azərbaycanda üçuşaqlı ailələrə belə az rast gəlinir və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır.Bunun müxtəlif səbəbləri var. İlk növbədə iqtisadi amillər ön plana çıxır. Azərbaycan mentalitetində uşaqlara bərabər diqqət yetirilməsi, onların keyfiyyətli təhsil alması, sağlam böyüməsi, cəmiyyətə inteqrasiya olunması və gələcək problemlərinin həll edilməsi valideynlər üçün əsas prioritetlərdən biridir. Buna görə də ailələrdə belə bir sual yaranır ki, çox uşaq olacağı halda onların bütün ehtiyaclarını qarşılamaq mümkün olacaqmı. Məhz bu səbəbdən bu gün çoxuşaqlı ailələrə olduqca az rast gəlinir. Bu istiqamətdə yeni və real nəticə verə biləcək addımların atılmasına ciddi ehtiyac var", - deyə deputat qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
82
24
demokrat.az

10Sources