EN

Tramp DÇ-2026-ya bilet almayacaq:

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə dünya çempionatının oyunlarına biletlərin baha olması səbəbindən onları almayacağını bildirib.

 

Trend xəbər verir ki, Amerika lideri ABŞ və Paraqvay milli komandaları arasında keçirilməli olan matçın bilet qiymətlərinin 1000 dollara yaxın olduğuna diqqət çəkib.

 

“Bu məbləğdən xəbərim yox idi. Əlbəttə, orada olmaq istərdim, amma düzünü desəm, mən də olsaydım onlara pul verməzdim”,- deyə Ağ Evin sahibi bildirib.

 

Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlar eyni vaxtda üç ölkənin- ABŞ, Kanada və Meksikanın stadionlarında baş tutacaq. Oyunlara biletlərin qiyməti 100 dollardan - 6370 dollara qədər dəyişir.

 

Chosen
7
3
senzor.az

4Sources