Moskvanın mərkəzində mobil internet məhdudiyyətləri qüvvəyə minib.
APA-nın Rusiya bürosu xəbər verir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar mobil internet Moskvanın mərkəzi rayonlarında söndürülüb. Eyni zamanda SMS mesajlarının qəbulu və göndərilməsi xidmətinə də məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlər ancaq Moskvanın mərkəz rayonlarına aiddir. Mərkəzdən kənar rayonlar da mobil internet söndürülməyib.
Qeyd edək ki, Qırmızı Meydanda 9 May Paradının keçirilməsi ilə əlaqədar Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Kreml ətrafındakı küçələr və metro stansiyaları bağlanıb. Moskva metrosunun Qırmızı Meydan və ona yaxın ərazidə yerləşən 12 stansiyasına giriş və çıxışa məhdudiyyət qoyulub. Məhdudiyyətlərin yerli vaxtla saat 14-ə qədər qüvvədə qalacağı bildirilib.